“Yaşıllıqların mühafizəsi haqqında” qanuna əsasən, tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumat tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti işlərinin yerinə yetirilməsi prosesində təbii ehtiyatların (faydalı qazıntıların) çıxarılması yalnız müvafiq qaydada razılaşdırılmış və təsdiq edilmiş sənədlər olduqda həyata keçirilə bilər.