Tikintinin dayandırılması haqqında qərar sifarişçi tərəfindən qəbul olunur.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Obyektin tikintisinin dayandırılması haqqında qərar qəbul etmiş sifarişçi podratçını, tikintiyə icazə verən orqanı (qurumu) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini bu barədə məlumatlandırır. Tikintisi dayandırılmış obyektin təhlükəsizliyinə görə məsuliyyəti sifarişçi daşıyır.