Podratçı (baş podratçı) tikinti fəaliyyətinin digər subyektlərini razılaşdırılmış müddətdə, lakin üç iş günündən gec olmayaraq aparılacaq yoxlamalar barədə məlumatlandırır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Yerinə yetiriləcək sonrakı işlərlə üstü örtülən işlərin yoxlanılması nəticələri tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq üstü örtülən işlərin yoxlanılmasına dair aktlarla (Əlavə B) rəsmiləşdirilir.