Hesablama Palatasında sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Palatadan Heftelik.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı təsdiq edilib.
İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.