Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Heftelik.az xəbər verir ki, bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Əlavə məlumat veriləcək.
***
saat 15.03
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Heftelik.az-a bildirilib ki, yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
saat 14.58
“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb.