İşlər konstruksiyaya və ya avadanlığa qalxmaqla aparılarkən, elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi olmasından asılı olmayaraq, ölçmələr işləmə yeri səthindən 0,5, 1,0 və 1,8 m hündürlükdə və avadanlığın torpaqlanmış cərəyandaşıyan hissələrindən 0,5 m məsafədə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşlər avadanlığa və konstruksiyaya qalxmadan aparılarsa, elektrik sahəsinin intensivliyinin ölçülməsi aşağıda qeyd edilmiş şəkildə aparılır:
– elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi olmadıqda yerin səthindən, kabel kanalının (qanovun) plitəsindən, avadanlığa xidmət meydançasından və ya yerləşgənin döşəməsindən 1,8 m hündürlükdə;
– kollektiv mühafizə vasitələrindən istifadə edildikdə yer səthindən 0,5, 1,0 və 1,8 m hündürlükdə.