Birdövrəli dartıcı zəncir üstündə xüsusi qurğudan istifadə etməklə onlar olmadıqda isə zəncir üstündə uzanmaqla və bədən vəziyyətini saxlamaq üçün ayaqları traversə ilişdirməklə işləməyə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bu zaman sığortalayıcı qayışdan (qoruyucu kəmərin iplərindən) istifadə edilməlidir. Saxlayıcı izoləedici asmalarda işləyən zaman sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) traversə bərkidilir.