Bunu naryadverən müəyyən edir

01 Avqust 2024, 08:24

Tunellərdə işə buraxılışdan və texniki baxış keçirməzdən qabaq, yanğından mühafizə sistemi avtomatik idarəetmədən məsafədən idarəetməyə keçirilir və açarın üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakat asılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Quyularda, kollektorlarda və tunellərdə uzunmüddətli işləyən zaman onlarda qalma müddətini yerinə yetirilən işin şəraitindən asılı olaraq, iş rəhbəri və yaxud naryadverən müəyyən edir.