Onlara qoşulmuş mexanizmlər (tüstüsöndürənlər, ventilyatorlar, nasoslar) hesabına fırlanma qabiliyyətinə malik elektrik mühərriklərində işləməyə icazə verməzdən əvvəl bağlayıcı armaturun (o cümlədən sürgülərin, ventillərin, şiberlərin) şturvalları qıfılla bağlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bundan əlavə, elektrik mühərriklərinin rotorlarının tormozlanması və ya birləşdirici muftaların açılması üzrə tədbirlər görülməlidir.