Elektrik sahəsinin təsiri zonasında yerləşən pnevmo-təkərli hərəkət edən maşın və mexanizmlər torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Onlar bu zonada hərəkət edərkən yönəlmiş potensialı çıxarmaq üçün şassisinə və ya kuzovuna birləşdirilmiş və yerə toxunan metal zəncirlərdən istifadə etməlidir. Elektrik sahəsinin təsiri zonasında maşın və mexanizmlərin yanacaq və sürtkü materialları ilə doldurulması qadağandır.