Hava açarlarının rütubət keçirməzliyinin (hermetikliyinin) yoxlanılması aşağı təzyiqdə istehsalçının təlimatına uyğun aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava açarlarına sınaq və sazlama işləri aparmaq üçün qalxmazdan əvvəl aşağıdakılar edilməlidir:
– idarəetmə dövrəsini açarla açmaq;
– yerli idarəedici düyməni və işəsalma klapanlarını bloklamaq (o cümlədən havaötürücü boruları ayırmaq, şkafları bağlamaq) və yaxud açarın yanında iş icraçısının göstərişi ilə müəyyən olunmuş bir nəfərin açarla əməliyyatları yerinə yetirməsinə icazə verən təlimatlandırılmış şəxs qoymaq;
– şəxslərin təzyiq altında olan hava açarlarında olduğu müddətdə idarəedici şkaflarda və paylayıcı qurğularda işləri dayandırmaq;
– fəaliyyətdə olan yarımstansiyanın gərginliyi 220 kV və daha yuxarı olan açarlarının cərəyandaşıyan çıxışlarını induksiyalanmış gərginliyi çıxarmaq üçün torpaqlamaq.