İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.
Heftelik.az xəbər verir ki, bu barədə “New York-Times” bir çox mənbəyə istinadən xəbər verir.
Məlumata görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.
Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksindəki qonaq evində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə və mühafizə olunur.