Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Heftelik.az-ın məlumatına görə, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cilqamlı Rəmziyə Əkrəmovna

Quliyeva Gülşən Rəsul qızı

Məmmədov Rövşən İsax oğlu

Nəcəfov Bayram Hidayət oğlu

Yunusov Ədalət Məmməd oğlu.

Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə isə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Qurbanova Firəngiz Ağa Dadaş qızı

Rüstəmov Akif Zabi oğlu.