Məişət və inşaat tullantıları, eləcə də qar yığını yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının müəyyənləşdirdiyi müddətdə və qaydada tikinti meydançasından çıxarılaraq kənarlaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti ərazisinin baş planı ilə nəzərdə tutulduqda və planın hazırlanması mərhələsində razılaşdırıldıqda, habelə tikintinin aparılması ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.