Milli komandamızın hücumçusu Mahir Emreli “Dinamo Zaqreb” (Xorvatiya) ilə müqaviləni sonlandırıb.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Mahir Emreli artıq azad agent statusundadır.
27 yaşlı hücumçunun müqavilə imzalamağa ən yaxın olduğu klub “Nürnberq”dir, lakin Yaponiyanın “Urava” klubu da onun xidmətində maraqlıdır.