Müvəqqəti tikili podratçı (baş podratçı) tərəfindən xüsusi olaraq tikintinin aparılması məqsədilə tikinti meydançasında inşa edilir. Müvəqqəti tikili əsasən yüngül inşaat konstruksiyalarından inşa edilməli və asanlıqla quraşdırılaraq tikinti başa çatdıqdan sonra sökülməlidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti obyektinin tərkibinə daxil olan və tikinti məqsədləri üçün istifadə olunan binalar, qurğular və ya sahələr müvəqqəti tikiliyə aid edilmir.