Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci qızıl medalı qazanıb.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu olub.
Bununla, Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.
Bundan əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.
***
saat 18.43
Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.
Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.