Çatışmazlıqlar aşkar edildikdə sənədlər müqavilədə göstərilmiş müddətdə yenidən işlənmək üçün geriyə qaytarılır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Podratçı sifarişçi tərəfindən ona təqdim olunmuş geodezik bölgü əsasını qəbul edir, onun müəyyən edilmiş dəqiqlik tələblərinə uyğunluğunu, nişanların ərazidə yerləşdirilmə etibarlığını yoxlayır. Geodezik bölgü əsasının sifarişçidən təhvil alınması müvafiq aktla sənədləşdirilməlidir.