“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Heftelik.az-ın kluba istinadən verdiyi məlumata görə, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start göt

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin “Linkoln” komandasını, rəqib isə Belarusun “Dinamo” (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.