Kompleks paylayıcı qurğunun (KPQ) ehtiyat yuvalarında gərginlik altına düşməyi istisna etmək üçün insanların bu yuvalara səhvən keçə bilməsinin qarşısını alan tədbirlər görülməli, o cümlədən yuvaların bölmələri və pərdə mexanizmləri mexaniki qıfılla bağlanmalı, şin ilə keçid izolyatoru və şin ilə açarlar arasında şinlənmə sökülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləyən və ya ehtiyatda olan transformator yarımstansiyalarının və güc yarımstansiyalarının, şuntlayıcı və qövssöndürən reaktorların qapıları qıfılla bağlanmalı və onların üzərində xəbərdaredici “EHTİYATLI OL! ELEKTRİK GƏRGİNLİYİ” sözləri yazılmalıdır.