Kabeldə zədələnmə gözlə görünən olmadıqda zədələnmə yerini tapmaq üçün cihazlardan istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabeli kəsməzdən və ya birləşdirici muftanı açmazdan öncə bunun üçün hazırlanmış alətin köməkliyi ilə gərginliyin olmaması yoxlanılmalıdır. Tunellərdə, kollektorlarda və quyularda bu alətlərin tətbiq edilməsinə yalnız məsafədən idarəetmə olduqda yol verilir.