Sifarişçi aşkar edilmiş qüsurlar aradan qaldırıldıqdan sonra təkrar yoxlamanın aparılmasını tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Ayrı-ayrı konstruksiyaların, konstruksiya bölmələrinin (mərtəbələrin) tikinti layihəsinə uyğunluğu qiymətləndirilərkən podratçı (baş podratçı) bu konstruksiyaların tərkibinə daxil olan bütün üstü örtülən işlərin yoxlanılmasına dair aktları, geodezik icra sxemlərini, eləcə də layihə sənədləri və tikinti podratı müqaviləsi ilə nəzərdə tutulmuş hallarda konstruksiyaların sınaq protokollarını təqdim etməlidir.