Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə şəxsin tutulması barədə məhkəmənin qərarı icra olunması üçün məhkumun yaşadığı ərazi üzrə polis orqanına göndərilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tutulma haqqında qərarı icra etmiş orqan icra barədə dərhal məhkəməyə məlumat verir.