Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində  1 nəfər ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 18 nəfər yaralanıb.

***

saat 12.04

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

İki sərnişin avtobusunun toqquşması nəticəsində 10-dan çox insan yaralanıb.