Güc transformatorlarına (reaktorlara) baxış bilavasitə yerdən və ya tutacaqlı stasionar nərdivanlardan yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləyən güc transformatorunda (reaktorlarda) qaz relelərindən qaz nümunəsinin götürülməsi güc transformatorunu (reaktoru) yükdən azad etdikdən və açdıqdan sonra yerinə yetirilməlidir. Güc transformatorunun (reaktorlarının) çənindən aktiv hissələrin çıxarılması və ya gövdənin qaldırılması ilə əlaqədar işlər hazırlanmış və təsdiq olunmuş işlərin icra layihələri üzrə yerinə yetirilməlidir.