Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə şəxsin tutulması məhkəmə tərəfindən müəyyən olunmuş müddətdən artıq davam edə bilməz.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu müddətdə tutulmuş şəxs məhkəməyə gətirilməli, məhkəmə Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada işə təxirə salınmadan baxmalı, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra edilməsi və ya məhkumun azad edilməsi haqqında qərar çıxarmalıdır.