İplərin uzunluğu kifayət qədər deyilsə, kəmərə bərkidilmiş 2 (iki) sığortalayıcı kəndirdən istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kəndirin biri traversə bağlanılır, qabaqcadan traversin arxasından keçirilmiş ikinci kəndiri isə sığortalayıcı briqada üzvü tədricən buraxır. Dartıcı izoləedici asmalarda işləyən zaman sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) traversə və yaxud bu məqsəd üçün nəzərdə tutulmuş yardımçı vasitəyə bərkidilir.