Elektrik qurğularında işləyən yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı sürücüləri (maşinistlər), takelaşçılar elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı qrupa malik olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qəza hallarında bərpa işləri, həmçinin avadanlıqların qəzalara gətirib çıxara bilən nasazlıqlarını aradan qaldırmaq üzrə qısamüddətli, təxirəsalınmaz işləri naryadsız əməliyyat jurnalında qeyd etməklə icra etməyə aşağıdakı şəxslərə yol verilir:
– gərginliyi 1000 V-dan yuxarı olan qurğularda ən azı 2 (iki) nəfərlik operativ heyətə;
– naryadın yazılması və sənədləşdirilməsi qəzanın fəsadlarının aradan qaldırılmasını ləngitdiyi hallarda, operativ heyətin nəzarəti altında təmir heyətinə;
– operativ heyət məşğul olduqda, həmçinin daimi xidmət heyəti olmadıqda həmin elektrik qurğusuna xidmət edən elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik, gərginliyi 1000 V-dək olan elektrik qurğusunda isə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətin nəzarəti və cavabdehliyi altında təmir heyətinə.