Bağlayıcı armaturla aparılan əməliyyatlar əməliyyat jurnalında qeyd edilməklə texnoloji sahənin növbə rəisi ilə razılaşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bağlayıcı armaturların, yönəldici aparatların elektrik intiqallarının məsafədən əl ilə və avtomatik idarəetmə sxemindən gərginlik çıxarılmalıdır. Siyirtmələrin, ventillərin, şiberlərin şturvalları qıfılla bağlanmalı, üzərdə “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatlar asılmalıdır, bağlayıcı armaturun elektrik intiqallarının idarəedici açarlarının, düymələrinin üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatlar asılmalıdır.