Yoxlama, sazlama və sınaq üçün hava açarlarının açılması və qoşulması zamanı insanların həmin açarların yaxınlığında durması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sınaq və sazlama üzrə iş icraçısı və ya briqada üzvlərindən müvəkkil olunmuş şəxs açarla əməliyyatların yerinə yetirilməsinə komandanı briqada üzvləri açardan təhlükəsiz məsafəyə və yaxud sığınacağa kənarlaşdırıldıqdan sonra verir.