Yeraltı tikililərdə işləri yerinə yetirmək üçün partlayışdan mühafizə olunmuş gərginliyi 12 V olan işıqlandırıcıdan və yaxud akkumulyator fənərlərindən istifadə olunur. İşıqlandırıcı üçün 12 V-luq transformator yeraltı tikilidən kənarda yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xəttinin (HX) dayaqlarının və naqillərinin sökülməsi, dayaqların elementlərinin dəyişdirilməsi iş rəhbərinin iştirakı ilə texnoloji kart və ya işlərin icra layihələri üzrə yerinə yetirilməlidir.