Kabelli barabanlar yükqaldıran maşınlar vasitəsilə yüklənilməli və boşaldılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşləyənlərin diyirlənən barabanın yolunda dayanması qadağandır. Yeraltı tikililərdə işlər bu Qaydalara riayət etməklə aparılmalıdır. Elektrik qurğusunun istismarçısında təsdiqlənmiş zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililərin siyahısı olmalıdır.