UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” – “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşıb.

Heftelik.az-ın məlumatına görə, Bank Respublika Arena”da keçirilən matçın əsas vaxtı 2:5 hesabı ilə başa çatıb.

İlk oyunda “Sabah” 3:0 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Burada da komandalar hərəyə 1 dəfə fərqləniblər. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.

Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) “Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Sabah” 3-cü mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) – “Vadus” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.