Elektrik sahəsinin təsiri zonasında yerləşmiş elektrik qurğusunun avadanlıqlarına və konstruksiyalarına qalxma hallarında elektrik sahəsinin intensivliyi səviyyəsindən və oradakı işin müddətindən asılı olmayaraq, elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qalxma üçün mobil qaldırıcı platformadan istifadə edildikdə onun səbəti ekranla təchiz edilməli və ya fərdi ekranlayıcı dəstlərdən istifadə edilməlidir.