Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı nəticəsində xəsarət alan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu gizir Xəyal Ədinəqulu oğlu Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Müşviq oğlu Mehdizadənin ayağı pəncə hissəsindən amputasiya edilib.
Qeyd edək ki, hdisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.
Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.