Ümumi iş jurnalı tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllığını, müddətini, keyfiyyətini, yerinə yetirilmə şəraitini və sair məlumatları əks etdirən əsas icra sənədidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Ümumi iş jurnalı tikinti obyektinin inşasına əvvəldən sonuna kimi cavabdeh olan podratçının (baş podratçının) məsul şəxsi tərəfindən aparılır. Xüsusi işlər üzrə jurnallar (tələb olunduqda) subpodratçılar tərəfindən aparılır və işlərin yerinə yetirilməsinə məsul olan şəxslərdə saxlanılır. Obyektin tikintisi başa çatdıqdan sonra xüsusi işlər üzrə jurnallar podratçıya (baş podratçıya) təqdim edilir.