Tikinti işlərinin aparıldığı yerə gələn təchizat müəssisəsinin nümayəndəsinə layihə təqdim olunur, qazılacaq çalanın naturaya çıxarılmış oxları və ya qabaritləri göstərilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Təchizat müəssisəsinin nümayəndəsinin iştirakı ilə mövcud yeraltı kommunikasiya və qurğuların faktiki yerləşməsi yerindəcə təyin olunur (şurflama və ya digər kəşfiyyat üsulu ilə), ərazidə nişanlanır və işçi cizgilərinə köçürülür.