Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Şirvan şəhərinin mərkəzində baş verib.

Beşmərtəbəli binada qonaq olan ana Kərimova Aygün və 5 yaşlı qızı K.Z 5-ci mərtəbədən yıxılaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır.