Deputatlığa namizədliyi irəli sürülənlərdən 86 nəfərin namizədliyi təsdiqlənməyib, 229 nəfər imza vərəqələrini qaytarmayıb.

Heftelik.az-ın məlumatına görə,  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki,  növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, .

Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1462 namizədliyi təsdiqlənib. Beləliklə, deputatlığa namizədliyi irəli sürülənlərdən 86 nəfərin namizədliyi təsdiqlənməyib.  Nazmizədliyi təqdiqlənən 1462 nəfərdən 1420 nəfər imza vərəqələri alıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-si saat 18:00-da başa çatıb. Bu müddət ərzində imza vərəqi alan 1420 nəfərdən 1191-i imza vərəqələrini qaytarıb.  Yəni 229 nəfər imza vərəqələrini avqustun 2-I saat 18.00-a qədər qaytara bilməyib və seçki marafonundan kənarda qalmaları dəqiqləşib.

Xatırladaq ki, indiyə qədər imza vərəqələrini qaytaran 1191 nəfərdən 881  nəfərin deputatlığa namizədliyi qeydə alınıb. 310 nəfərin seçki sənədlərinə baxılması prosesi davam edir.

Bir sözlə, deputatlığa namizədliyi irəli sürülən 1508 nəfərdən 317 nəfərin artıq seçkilərə qatılmayacağı dəqiqləşib. Seçki sənədlərinə hazırda baxılan və sənədlərində problemlər aşkarlanan 310 nəfərin bir qismi də bu sıraya əlavə olunacaq.