İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib. İndiyə qədər 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-si saat 18:00-da başa çatıb. Beləliklə, bu müddət arzində 1191 nəfər imza vərəqələrini qaytardığı üçün deputatlığa namizədlərin sayı maksimum 1191 nəfər ola bilər. Yəni yoxlama prosesindı imza vərəqələri və digər seçki sənədlərində hər hansı problemin ortaya çıxmayacağı ideal hal nəzərdə tutulsa, 1191 deputatlığa namizəd ola bilər.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.