Üzərinə ağac düşdü, öldü

03 Avqust 2024, 13:15

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib.

Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib. F. Bayramov xəstəxanaya yerləşdirildikdən bir qədər sonra vəfat edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.