Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.
Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.