Yarımstansiyada naryad və ya sərəncam vermə səlahiyyəti olan inzibati elektrotexniki heyətdən şəxs olmadıqda qəzaların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması üzrə işlər naryad və ya sərəncam vermə səlahiyyətli yarımstansiyaların elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ heyətinə və operativ-səyyar briqadasına həvalə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.