Zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililər, planda və sxemdə göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu cür yeraltı tikililərin lükları və qapıları etibarlı bağlanmalı və üzərində təhlükəsizlik işarələri olmalıdır. Yeraltı tikililərdə işləmə yerinə kabellərə, kontakt naqillərinə, elektrik avadanlığının gövdəsinə toxunmadan təyin olunmuş marşrut üzrə gedilməlidir.