Elektrik süzgəclərinin və qaz yollarının daxilində işləyərkən gərginliyi 12 V-dan yuxarı olmayan elektrik lampalarından istifadə etməyə yol verilir, bu halda, alçaldıcı transformator elektrik süzgəcinin gövdəsindən xaricdə yerləşməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İnsanların elektrik süzgəclərinin seksiyalarına işləməyə buraxılmasından əvvəl bu seksiyalar ventilyasiya olunmalı və bunkerlərdən kül çıxarılmalı, hərarət isə 45ºC-dən yüksək olmamalıdır.