Güc transformatorunun (reaktorun) çəninin daxilində metal düymələri olmayan, hərəkət üçün rahat, bədəni ifrat isinmədən və yağla çirklənmədən mühafizə edən xüsusi geyimlərdə, rezin uzunboğaz çəkmələrdə, mühafizə dəbilqəsi və əlcəklərdən istifadə etməklə işlənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Transformator yağlarının regenerasiyası üzrə işlər (qurudulma, təmizlənmə, qazlardan təmizlənmə) xüsusi geyimlərdən və ayaqqabılardan istifadə etməklə yerinə yetirilməlidir.