Ümumi iş jurnalının titul vərəqəsi və tikinti işlərinə başlamazdan əvvəl layihəçi və sifarişçinin iştirakı ilə podratçı (baş podratçı) tərəfindən tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti-quraşdırma işlərini yerinə yetirən mühəndis-texniki heyətin siyahısını (Cədvəl 2) podratçının (baş podratçının) rəhbəri tərtib edir. Cədvəl 3-də xüsusi tikinti-quraşdırma işləri üçün tərtib olunan jurnalların siyahısı, bu jurnalları aparan təşkilat və onun məsul şəxsi barədə məlumat verilir. Cədvəl 4-də üstü örtülən işlərin yoxlanılması və yükdaşıyan konstruksiyaların müayinəsi aktlarının siyahısı göstərilir. . Tikinti işlərinin (əvvəlindən sonuna kimi) gedişi haqqında cədvəl 5-ə daxil edilən məlumatlar Ümumi iş jurnalının əsasını təşkil edir.