Saxlayıcı və dartıcı çoxdövrəli izoləedici asmalarda sığortalayıcı kəndirin qayışının (qoruyucu kəmərin iplərinin) işlər aparılmayan izolyatorların zəncirlərindən birinə bərkidilməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bu kəndiri işlər aparılan zəncirə bərkitməyə yol verilmir. İzoləedici asmanın bölünməsinə gətirib çıxaran nasazlıqlar aşkarlandıqda işlər dayandırılmalıdır.