İşlər ekranlanmış zonada açıq paylayıcı qurğunun (APQ) konstruksiyası daxilində görüldükdə, həmçinin onlar pilləkənlə güc transformatorunun və ya digər avadanlığın qaz relesinə və yağ səviyyəsi relesinə qalxma üçün elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri istifadə olunmaya bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik və maqnit sahələrinin təsiri zonalarında işləyərkən əlavə təhlükəsizlik tələbləri naryadın “Ayrıca göstərişlər” sətrində göstərilməlidir.