İşəburaxılmadan əvvəl havayığıcıların içərisində hava ötürən boruların siyirtmələri bağlanıb qıfıllanmalı, siyirtmələrdə “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakat asılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Eyni zamanda işəburaxılmadan əvvəl havayığıcıların içərisində:
– havayığıcıların içərisindəki təzyiq altında olan havanı buraxmalı, onun yuxarı hissəsindəki tıxac və havaburaxıcı siyirtmə açıq saxlanmalıdır;
– havayığıcıdan havaötürücü boru ayırmalı və ona tıxac taxılmalıdır;
– havayığıcıların içərisində işləyərkən (o cümlədən daxili baxış, təmir, təmizləmə) gərginliyi 12 V-dan yuxarı olmayan lampalardan istifadə olunmalıdır.